İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 6 mart 2020-ci il tarixində, saat 11:00-dan etibarən Tovuzda (ünvan: Tovuz şəhəri, M.Əzizbəyov küç., 1, Heydər Əliyev Mərkəzi) bu rayondan olan vətəndaşları qəbul edəcək.
Həmin gün nazir müavini Sahib Məmmədov isə Samuxda (ünvan: Samux şəhəri, H.Əliyev prospekti 167, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının inzibati binası) saat 11:00-dan bu rayondan olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçtu və (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79), (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78, mobil (050) 395-91-97, elektron poçtu: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat naziri və müavinlərinin şəhər və rayonlarda keçirilən qəbuluna yazılmaq üçün müraciət” bölməsi vasitəsilə qəbula yazıla bilərlər.