İranın milli valyutası tümən oldu

İran parlamenti ölkənin milli valyutası olan rialın denominasiyası və adının dəyişməsi haqqında qanunu təsdiq edib.

İran mətbuatına istinadən, artıq İran İslam Respublikasının milli valyutası rəsmi olaraq tümən adlandırılacaq. Valyuta mübadiləsi zamanı bir tümən on min riala bərabər olacaq.

Qeyd edək ki, iki il ərzində dövriyyədə tümən və rial valyutalarının paralel istifadəsi gözlənilir. Bununla da, iki il müddətində rial valyutası hissə-hissə olaraq dövriyyədən çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır