Home » İş yerinə dair arayış əldə etmək indi daha asan, sürətli və rahatdır

İş yerinə dair arayış əldə etmək indi daha asan, sürətli və rahatdır

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı aktiv əmək müqaviləsi bildirişi olan hər kəsə işəgötürənə müraciət etmədən iş yerinə dair arayışı əldə etmək imkanı da yaradır.

Prosedur çox sadədir: İlk növbədə e-sosial.az portalına daxil olur və qeydiyyatdan keçirsiniz. Daha sonra e-xidmətlər pəncərəsindən “İş yerinə dair arayış” bölməsini seçir və lazım olan məlumatları sistemə daxil edirsiniz. Beləliklə, istənilən vaxt və daha asan, sürətli və rahat şəkildə həmin arayışı əldə edirsiniz.

Ötən il e-sosial.az portalına iş yerinə dair arayış əldə edilməsi üçün 385880 müraciət qeydə alınıb.

Nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətləri özündə cəmləşdirən e-sosial.az portalında həmçinin 30 e-arayış xidməti də əhalinin istifadəsindədir.

“İş yerinə dair arayış” ilə bağlı ətraflı məlumat almaq üçün Nazirlik tərəfindən hazırlanan videoçarxı təqdim edirik:

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.