Home » IsDB sədri: Qarabağ və Şərqi Zəngəzurda ikinci layihəni icra edəcəyik

IsDB sədri: Qarabağ və Şərqi Zəngəzurda ikinci layihəni icra edəcəyik

by yunus
0 comments 0 views 1 minutes read

İslam İnkişafı Bankı Qrupu (IsDB) Azərbaycanda həyata keçirdiyi layihələrlə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına və icmaların bərpasına töhfə verir.

BBN.az xəbər verir ki, bunu Azərbaycana səfərdə olan IsDB Qrupunun sədri Muhammad Al Jasser iqtisadiyyat naziri Mikayil Cabbarovla görüşü zamanı bildirilib.

Sədr qeyd edib ki, IsDB azad edilmiş ərazilərdə layihə həyata keçirən ilk beynəlxalq maliyyə institutu olub və bu, onun münaqişədən sonrakı bərpa prosesində aparıcı rolunu göstərir.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq artıq müsbət nəticələr verib və azad edilmiş ərazilərdə planlaşdırılan ikinci layihə infrastruktur və kənd təsərrüfatının inkişafını gücləndirəcək, eyni zamanda məcburi köçkün ailələrin öz evlərinə və dolanışıq mənbələrinə qayıdışı üçün yeni imkanlar yaradacaq.

apa.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.