Home » “İslahat icmalı” 2021-ci ilin iqtisadi-sosial yekunlarına həsr olunub

“İslahat icmalı” 2021-ci ilin iqtisadi-sosial yekunlarına həsr olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat icmalı” jurnalının növbəti buraxılışı “Azərbaycan iqtisadiyyatının post-konflikt dövrü: Çağırışlar və uğurlar” mövzusunda olub. “İslahat icmalı”nda qeyd edilib ki, ilk altı ayda Azərbaycanda qeyri-neft sektorunda 5,1 faizlik artım qeydə alınıb. Hansı ki, bu il BVF Avropanın inkişaf etməkdə olan ölkələrində 4,4 faiz, Latın Amerikası və Karib ölkələrində 4,6 faiz, Yaxın Şərq və Mərkəzi Asiyada 3,7 faiz və Sub-Sahara Afrikada 3,4 faiz iqtisadi artım proqnozlaşdırır. Beləliklə, Azərbaycanın qeyri-neft sektorunun bu ilin ilk altı ayındakı artım tempi sadalanan ölkə qrupları üzrə 2021-ci ildə iqtisadi artım proqnozlarını üstələyir. Dövlət idarəetmə islahatları, o cümlədən, vergi-gömrük inzibatçılığının təkmilləşməsi, şəffaflaşdırma və kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində dövlət büdcəsinin gəlirləri artır. Dövlət idarəetmə islahatlarının aparılması, dövlət müəssisələrində korporativ idarəetmənin genişləndirilməsi, vergi-gömrük administrasiyasının təkmilləşdirilməsi, fiskal institutların islahatı, büdcə vəsaitlərindən səmərəli və şəffaf istifadənin artırılması, elektron hökümətin əhatə dairəsinin genişləndirilməsi, ASAN, DOST, Azexport kimi platformaların gücləndirilməsi nəticə etibarı ilə şəffaflıq, hesabatlılıq və səmərəliliyin daha da yüksəldilməsinə xidmət edir.

“İslahat icmalı”nda həmçinin qeyd edilib ki, Azərbaycanda sosial ödənişlər son üç ildə 60 faizdən çox artıb. Son üç ildə Azərbaycanda minimum pensiya – 82 faiz, orta pensiya – 60 faiz, orta müavinat – 100 faiz və ünvanlı sosial yardım – 72 faiz artıb.  Hazırda yaşayış minimumu 196 manat olduğu halda, orta pensiya 360 manat və minimal əmək haqqı 250 manat təşkil etməklə yaşayış minimumunu üstələyir.

“İslahat icmalı”nın xüsusi buraxılışı ilə bu linkdən tanış olmaq mümkündür: https://bit.ly/3i51d8y

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.