“İslahat icmalı” İİTKM-də qurulan riyazi modellərə həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı”nın xüsusi buraxılışı Mərkəzdə yaradılan və fundamental iqtisadi təhlillərin aparılmasına xidmət edəcək labaratoriyanın – “EconLAB”ın (İqtisadi təhlillərin aparılması üçün labaratoriyanın) təqdim edilməsinə həsr olunub.

  İİTKM-in department rəhbəri Rəşad Hüseynov bildirir ki, icmalda “EconLAB”da Azərbaycan iqtisadiyyatı üçün qurulan 5 iqtisadi riyazi model təqdim edilir.  Bunlara  xərclər-buraxılış modeli, maliyyə planlaşdırılması modeli, ümumi tarazlıq modeli, ORANİ modeli və Mikrosimulyasiya modeli aiddir. Təqdim edilən hər bir iqtisadi riyazi üsulun mümkün tətbiq sahələri və eləcə də strukturu detallı şəkildə infoqrafik təsvirlərlə təqdim olunub. İqtisadi riyazi modellərin qurulmasında istifadə olunan proqram təminatları barəsində də məlumat verilib. Eyni zamanda bu modellər özlərinin xarakterlərinə görə də qruplaşdırılıb. Beləki, qurulan modellərin bir hissəsi dinamik digər bir hissəsi isə statik təhlillərin aparılmasında istifadə edilir. Bundan başqa mövcud modellərdən istifadə etməklə makro, mezo və mikro səviyyədə ətraflı təhlillər aparıla bilər.

R.Hüseynov bildirir ki, icmalda təqdim edilən iqtisadi riyazi üsullardan istifadə iqtisadi siyasətin (islahatların) formalaşdırılmasında qərar qəbuletmə prossesini lazımı və dolğun informasiya ilə təmin edəcəkdir. 

“İslahat icmalı” ilə icmallar bölümündə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır