Home » İsveç Məşğulluq Xidməti ilə təcrübə mübadiləsi aparılıb

İsveç Məşğulluq Xidməti ilə təcrübə mübadiləsi aparılıb

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin, habelə Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi”nin nümayəndələri İsveç Krallığında rəsmi səfərdə olub.

Səfər İsveç Məşğulluq Xidmətinin fəaliyyəti ilə tanışlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi daşıyıb.

Nümayəndə heyəti İsveç Məşğuluq Xidmətinin Peşə hazırlığı, Müştəri xidmətlərinin inkişafı, Beynəlxalq tərəfdaşlıq departamentlərində, peşə hazırlığı mərkəzlərində olub.

Görüşlərdə peşə hazırlığı, karyera məsləhəti, əmək bazarının təhlili, işsiz şəxslərə göstərilən xidmətlərlə bağlı hər iki ölkənin təcrübə və mexanizmləri barədə məlumat verilib.

Dəyişən əmək bazarının yeni reallıqları, xidmətlərin rəqəmsallaşdırılması, xidmət növünün təyin olunmasında süni intellektdən istifadə məsələləri müzakirə olunub.

Peşə hazırlığını həyata keçirən müəssisələrə səfər zamanı isə mərkəzlərin təlimçi heyəti, proqramları, təlimlərin keçirildiyi emalatxana və digər maddi texniki baza ilə tanışlıq olub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.