
05 may 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında onlayn formatda görüş keçirilib.
Görüşdə AQC-nin sədri Vüqar Oruc və digər aidiyyəti nümayəndələr, ABA-nın nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev, ABA-nın layihələr üzrə meneceri Elçin Həsənov, eləcə də üzv bankların qiymətləndirmə fəaliyyəti ilə məşğul olan struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.
Görüş çərçivəsində hazırlanmaqda olan Milli Qiymətləndirmə Standartları, sahə üzrə mövcud vəziyyət, bank sektorunu maraqlandıran məsələlər və digər aktual mövzular ətrafında müzakirələr aparılıb.
Sonda bu kimi görüşlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyəti vurğulanıb və müzakirələrin davamlı təşkili ilə bağlı razılıq əldə olunub.




