Home » İsveçrənin sıfır faiz qərarı: qlobal bazarlara təsiri necə olacaq?-EKSKLÜZİV

İsveçrənin sıfır faiz qərarı: qlobal bazarlara təsiri necə olacaq?-EKSKLÜZİV

by Zeyneb
0 comments 19 views 1 minutes read

ABA ekspert qrupunun üzvü Fərəc Axundov faiz siyasətinin risk və faydalarını şərh edir

Xəbər verildiyi kimi, İsveçrə Milli Bankı faiz dərəcəsini sıfır səviyyəsində saxlayıb. Bu qərarın Avropa və qlobal maliyyə bazarlarına mümkün təsirləri, uzunmüddətli riskləri və mərkəzi bankların inflyasiya fonunda ehtiyatlı siyasəti ilə bağlı suallarımıza ABA nəzdində “Xəzinədarlıq və investisiyaların idarə olunması” ekspert qrupunun üzvü Fərəc Axundov cavab verib.

– Bu qərarın Avropa və qlobal maliyyə bazarlarına təsiri necə ola bilər?

Ümumiyyətlə, İsveçrə Milli Bankının faiz dərəcəsini sıfır səviyyəsində saxlaması daha çox lokal xarakter daşıyır. Frank yalnız milli valyuta olduğuna görə və İsveçrə Aİ üzvü olmadığından qərarın qlobal bazarlara birbaşa təsiri gözlənilmir. Lakin frank “təhlükəsiz liman” valyutası kimi investor davranışına dolayı yolla təsir göstərə bilər.

– İsveçrə kimi sabit iqtisadiyyata malik ölkədə sıfır faiz siyasətinin uzunmüddətli riskləri və faydaları nələrdir?

Əsas məqsəd daxili istehsalı dəstəkləmək və kredit imkanlarını artırmaqdır. Ucuz maliyyələşmə iqtisadi aktivliyi qorumağa kömək edir. Lakin uzun müddət davam edən sıfır faiz siyasəti maliyyə bazarında balanssızlıqlara və “köpük”lərin yaranmasına yol aça bilər.

– İnflyasiyanın yavaş artması fonunda mərkəzi bankların ehtiyatlı siyasəti qlobal iqtisadiyyata necə təsir edir?

İsveçrənin siyasəti qlobal miqyasda həlledici deyil, amma mərkəzi bankların ehtiyatlı davranışı bütövlükdə sabitlik yaradır və investor inamını möhkəmləndirir. Bu, xüsusilə qeyri-müəyyənlik dövrlərində qlobal iqtisadiyyata müsbət təsir göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.