Home » İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 374 vətəndaş müraciətinə baxılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 374 vətəndaş müraciətinə baxılıb

by bbnadm
0 rəy 1 baxış 3 dəqiqə oxuma

2020-ci ilin iyul ayında elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələr üzrə istehlakçı hüquqlarının qorunması ilə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə birbaşa və Energetika Nazirliyi vasitəsilə ümumilikdə 374 müraciət daxil olub. Bu müraciətlərin 325-i elektrik enerjisi, 39-u təbii qaz təchizatı, 10-u isə digər məzmunlu məsələlərlə bağlı olub. Onlardan 6-sı qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktublarıdır. 
Elektrik enerjisi üzrə müraciətlər enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, enerji verilişində yaranan fasilələr, borc və cərimə, elektrik enerjisinin dayandırılması və digər çatışmazlıqlarla bağlı olub. Qaz təchizatı ilə bağlı müraciətlər isə qazlaşdırma, borc və cərimələr, qaz təchizatının fasilələrlə verilməsi, qaz sızması, sayğaclaşdırma və digər məsələləri əhatə edib.  1 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib. 
Ümumilikdə  2 müraciət Energetika Nazirliyi ilə müştərək olmaqla 185 müraciət Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.