Home » Kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracı imkanları müzakirə edilib

Kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracı imkanları müzakirə edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin bir qrup rəhbər şəxsi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində işgüzar səfərdədir.

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq Ofisinin rəhbəri Ömər Əbdüləziz Xan və Palatanın digər rəhbər şəxsləri ilə görüşüb. Görüşdə aqroturizm sahəsində yeni əməkdaşlıq perspektivləri, Azərbaycan kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracı, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi əsas müzakirə mövzuları olub. Görüş zamanı hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində sabah “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinsdəki Ticarət Nümayəndəliyinin və Azərbaycan Ticarət Evinin dəstəyi ilə “Azərbaycan kənd təsərrüfatı məhsulları: Sərgi və dequstasiya” tədbiri keçiriləcək. Tədbirin əsas məqsədi ixrac potensialı yüksək olan Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının tanıdılması, yeni ixrac kanalllarının araşdırılması və işgüzar əlaqələrin qurulmasıdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.