Home » Bitcoin yenidən 80 min dolların altına düşdü

Bitcoin yenidən 80 min dolların altına düşdü

by yunus
0 comments 1 views 1 minutes read

“CoinMarketCap” platformasının məlumatlarına əsasən, Bitcoin son 24 saatda 0,27 % ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib.

BBN.az xəbər verir ki, digər aparıcı kriptovalyutalarda isə fərqli dinamika müşahidə olunub. Ethereum sutka ərzində 1,07 % bahalaşaraq 2 489,98 dollara, BNB isə 1,03 % artaraq 702,66 dollara yüksəlib. Bittensorun qiyməti də 2,15 % artaraq 238,60 dollar təşkil edib.

Ucuzlaşan kriptovalyutalar sırasında Zcash, MoneroBitcoin Cash yer alıb. Zcash 0,26 % ucuzlaşaraq 780,44 dollara, Monero 0,83 % azalaraq 439,65 dollara, Bitcoin Cash isə 0,49 % geriləyərək 266,40 dollara düşüb.

Qızıl əsaslı kriptovalyutalarda da eniş qeydə alınıb. PAX Gold (PAXG) son sutkada 0,32 % azalaraq 4 621,41 dollara, Tether Gold (XAUT) isə 0,33 % ucuzlaşaraq 4 618,73 dollara enib.

Kriptovalyuta bazarının ümumi kapitallaşması isə son 24 saatda 0,06 % artaraq 2,65 trilyon dollara çatıb.

Analitiklərin fikrincə, Bitcoin-in 80 min dollar həddini keçdikdən sonra yenidən bu səviyyənin altına düşməsinə bazarda mənfəət realizasiyası və qısamüddətli satış təzyiqinin artması təsir göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.