Home » “Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

“Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

by anar
0 comments 0 views 1 minutes read

24 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan istiqrazların abunə yazılışı 02.05.2025-ci ildə başlayaraq, 20 təqvim günün ərzində aparılıb, mayın 21-də yekunlaşacaqdır. 

Qeyd edək ki, 23.05.2025-ci il tarixində yerləşdirmə başlanılacaq.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2016005152
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı 300,000 ədəd 
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 30,000,000 manat
İllik gəlirlilik faizi 11%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti 1 il
Ticarətə buraxılma tarixi 23.05.2025
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.