Home » Keçən il Azərbaycanda elektron ticarətin həcmi artıb

Keçən il Azərbaycanda elektron ticarətin həcmi artıb

by yunus
0 comments 0 views 1 minutes read

2024-cü il ərzində Azərbaycanda debet və kredit kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 78 milyard 882 milyon manat təşkil edib.

BBN.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 60.9% və ya 29.8 milyard manat artıb.

Ötən il kartlar vasitəsi ilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin 66 milyard 515 milyon manatı ( 84.3%-i) elektron ticarətin payına düşüb ki, bu da 2023-cü illə müqayisədə 69.8% və ya 27.3 milyard manat çoxdur.

Hesabat dövründə sözügedən nağdsız ödənişlərin 12 milyard 274 milyon manatı POS-terminallar, 83 milyon manatı özünə xidmət terminalları, 10 milyon manatı isə bankomatlar vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2025-ci il yanvar ayının 1-nə ölkədə debet kartlarının sayı 17 milyon 642 min ədəd, kredit kartlarının sayı isə 2 milyon 256 min ədəd olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.