Home » Kiber Hücumların Simulyasiyası Laboratoriyasının təcrübə proqramına start verildi

Kiber Hücumların Simulyasiyası Laboratoriyasının təcrübə proqramına start verildi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində fəaliyyət göstərən Kiber Hücumların Simulyasiyası Laboratoriyası tərəfindən elan edilən təcrübə proqramına seçimlər başa çatdı. Qeydiyyatdan keçən 400-ə yaxın namizəddən müsahibə əsasında 30 nəfər seçilərək təlimlərdə iştirak hüququ qazandı. 

Seçilən namizədlərlə Məlumat Hesablama Mərkəzinin rəhbərliyi arasında görüş keçirildi. Görüş zamanı təcrübə proqramının iştirakçıları üçün yaradılan şərait haqqında məlumat verildi, onlardan gözlənilən hədəflər diqqətə çatdırıldı. Bildirildi ki, dünyada, o cümlədən ölkəmizdə kibertəhlükəsizlik ən aktual məsələyə çevrilib. Buna görə də sözügedən sahədə yerli mütəxəssislərin hazırlanması, onların peşə vərdişlərinin təkmilləşdirilməsi Məlumat Hesablama Mərkəzi üçün prioritetlərdəndir.  

Görüş zamanı iştirakçılar bildirdilər ki, mentorların köməyi və yaradılan iş mühiti onların kibertəhlükəsizlik üzrə mütəxəssis kimi yetişməsində mühüm rol oynayacaq. Bundan əlavə, təcrübə proqramı müddətində iştirakçılar bir-biriləri ilə bilik mübadiləsi aparacaqlarını da düşünürlər. 

Qeyd edək ki, iştirakçılar əsasən kiberhücumların simulyasiyası ilə bağlı praktiki biliklərə yiyələnəcəklər. Bununla yanaşı, vaxtın idarə edilməsi, effektiv komanda işi kimi bacarıqların formalaşdırılması təlimlərində də iştirak edəcəklər.


Təcrübə proqramında praktiki məşğələlər 2 ay davam edəcək. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.