Home » “KOB Dostu” Göyçayda

“KOB Dostu” Göyçayda

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti “KOB Dostu” ofisi Göyçay rayonunda fəaliyyətə başlayıb. Bugündən etibarən Göyçay və ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri və öz biznesini qurmaq istəyən potensial sahibkarlar biznes fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün Göyçay “KOB Dostu”na müraciət edə bilərlər.

Göyçay “KOB Dostu” ofisi Göyçay şəhəri, Heydər Əliyev Mərkəzində yerləşir.

Göyçay “KOB Dostu” Aran iqtisadi rayonunda yeni KOB-ların yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edəcək, bu məqsədlə mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri (informasiya, məsləhət, hüquqi yardım, dövlət və özəl qurumlarla əlaqəndirmə, mövcud maliyyə resurslarına və bazarlara çıxış və s.) çərçivəsində sahibkarlara zəruri dəstək göstərəcək, KOB-ların maraqlarının müdafiəsi, qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək. Həmçinin, Göyçay “KOB Dostu” sahibkarların inkişaf ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcək, KOB-lara göstərilən dəstək və xidmətlərin təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə monitorinqlər aparacaqdır. 

Qeyd edək ki, Göyçaydakı ofis KOBİA-nın sayca 24-cü “KOB Dostu” ofisidir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.