Home » KOB evlərinə gəlmədən onlayn növbə əldə et

KOB evlərinə gəlmədən onlayn növbə əldə et

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

KOB evlərində dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərdən istifadə etmək istəyən sahibkarlar mərkəzlərə gəlmədən onlayn növbə əldə edə bilərlər. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış “KOB növbə” sistemi KOB evlərinə müraciət edən sahibkarlara daha operativ xidmətin göstərilməsinə imkan verir. “KOB növbə” tətbiqi sahibkarlara KOB evlərində olan növbə sayı və növbənin bitmə vaxtını izləməyə imkan verir ki, bu da sahibkarların vaxt itkisinin qarşısını alır. 

Sahibkarlar “KOB növbə” tətbiqini “Android” (“GooglePlay”) əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər (https://play.google.com/store/apps/details?id=aze.asanx.kob_queue).

Qeyd edək ki, sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurum tərəfindən 200-dən çox xidmət təqdim olunur. Ətraflı məlumat üçün: https://bit.ly/3xhY4rs 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.