Home » KOBİA 150-dən çox sahibkarın sərgilərdə iştirakına dəstək göstərib

KOBİA 150-dən çox sahibkarın sərgilərdə iştirakına dəstək göstərib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əsas fəaliyyət istiqamətlərindən biri də startap, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yerli və xarici bazarlara çıxışına dəstək göstərməkdir.

2019-cu ildə Agentliyin dəstəyi ilə 150-dən çox KOB subyekti 15 ixtisaslaşmış sərgi və yarmarkada ödənişsiz olaraq iştirak edib. Bu dəstək çərçivəsində sahibkarlar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edib, satış imkanlarını genişləndirib, yeni biznes əlaqələri qurublar.

Sərgi və yarmarkaların təşkilində KOBİA Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), biznes tərəfdaşlığı platforması çərçivəsində BP, “AzerTelecom”, “ZiraatBank”, “Paşa Holdinq” kimi şirkətlərlə əməkdaşlıq edib. Belə sərgi və yarmarkalarda startapların, qadınların, əlilliyi olan şəxslərin iştirakına xüsusi diqqət göstərilib.

2020-ci ildə də KOBİA ölkəmizdə və xaricdə keçirilən sərgi və yarmarkalarda KOB-ların iştirakına dəstəyini davam etdirəcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.