Home » KOBİA INSME-nin İllik Toplantısında iştirak edib

KOBİA INSME-nin İllik Toplantısında iştirak edib

by anar
0 comments 1 views 1 minutes read

Tədbirdə KOBİA tərəfindən KOB-ların böyüməsi və rəqabət qabiliyyətinin artırılmasında əqli mülkiyyətin rolu, Azərbaycanda əqli mülkiyyətin kommersiyalaşması sahəsində mövcud dəstək mexanizmləri barədə məlumat verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kiçik və Orta Bizneslərin Beynəlxalq Şəbəkəsinin (INSME) İspaniyada keçirilən 21-ci İllik Toplantısında iştirak edib.

“Kiçik və orta bizneslərin qeyri-maddi aktivlərinin qorunması və qiymətləndirilməsi” mövzusuna həsr olunmuş bu ilki tədbir çərçivəsində müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq təşkilatların, eləcə də özəl sektor nümayəndələrinin iştirakı ilə panel iclaslar və müzakirələr keçirilib.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov “KOB-larda əqli mülkiyyətə dövlət dəstəyi” adlı paneldəki çıxışında Agentlik tərəfindən KOB-ların böyüməsi və rəqabət qabiliyyətinin artırılmasında əqli mülkiyyətin rolu, Azərbaycanda əqli mülkiyyətin kommersiyalaşması sahəsində mövcud dəstək mexanizmləri barədə məlumat verib. Azərbaycanda mövcud dəstək mexanizmlərinin genişləndirilməsi, startapların Avropa bazarlarına çıxışına dəstək istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, KOBİA 2020-ci ildən INSME-nin üzvüdür. 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.