Home » KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə üzv oldu

KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə üzv oldu

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə (INSME) üzv qəbul edilib.

2000-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) nəzdində fəaliyyət göstərən INSME sıralarında 30 ölkədən 70-ə yaxın üzvü birləşdirir. Mənzil qərargahı İtaliyada yerləşən təşkilatın missiyası müxtəlif ölkələrdə KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında texnologiyalar və təcrübə mübadiləsini asanlaşdırmaq, bu sahədə qabaqcıl metodologiya və mexanizmləri, dövlət-özəl dialoqunu təşviq etmək, beynəlxalq tərəfdaşlığı genişləndirməkdir.

KOBİA-nın INSME-yə üzv olması KOB sahəsində qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqinə, müvafiq sahədə fəaliyyət göstərən təşkilatlar və KOB subyektləri arasında effektiv əlaqələrin qurulmasına, kiçik və orta biznes sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan verəcəkdir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.