Home » KOBİA-nın rəhbərliyi 7-ci İstanbul PPP Həftəsində iştirak edir

KOBİA-nın rəhbərliyi 7-ci İstanbul PPP Həftəsində iştirak edir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yanvarın 16-da İstanbulda ənənəvi olaraq keçirilən Dövlət-Özəl Tərəfdaşlığı (DÖST- PPP) Həftəsi öz işinə başlayıb. Bu il yeddincisi keçirilən İstanbul PPP Həftəsində ölkəmizdə dövlət-özəl tərəfdaşlığını təşviq edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunur. 

Tədbirin açılış mərasimindəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə DÖST mexanizminin tətbiqi, bu sahədə görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müxtəlif sahələrdə PPP layihələrinin icrası nəzərdə tutulur. 27 dekabr 2022-ci il tarixində “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanun qüvvəyə minib. KOBİA-nın nəzdində PPP İnkişaf Mərkəzi fəaliyyət göstərir. Agentlik Bakıda və ölkə regionlarında həyata keçirilməsi planlaşdırılan perspektivli PPP layihələrinin axtarışı və seçilməsi üzərində işləyir. KOBİA həmçinin bu sahədə investisiyaların cəlb edilməsi, potensial tərəfdaşların axtarışı və müxtəlif infrastruktur sektorlarında pilot layihələrin həyata keçirilməsinə köməklik göstərir. 

7-ci İstanbul PPP Həftəsi yanvarın 19-dək davam edəcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.