![](https://bbn.az/wp-content/uploads/2025/01/1000083931.png)
![](https://bbn.az/wp-content/uploads/2024/10/Untitled.png)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru Sonia Fontain ilə görüşüb.
Görüşdə KOBİA və GİZ arasında kiçik və orta sahibkarlığın (KOB) inkişafı istiqamətində əməkdaşlıq, Agentliyin sahibkarlara dəstək məqsədilə reallaşdıracağı yeni tədbir və layihələrdə GİZ-in iştirakı və dəstəyi məsələləri müzakirə olunub. GİZ-in KOBİA tərəfindən yaradılmaqda olan KOB inkişaf mərkəzlərinə texniki dəstək göstərməsi, aqrar sahə və regionlarda qadın sahibkarlığın inkişafı üzrə təlimlərin təşkili, inkubator və akseleratorların inkişafının