KOBİA və TİKA arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə yeni koordinatoru Fatih Yılmaz ilə görüşüb.

Tanışlıq görüşündə KOBİA və TİKA arasında ilkin əməkdaşlığın qurulduğu və bu istiqamətdə müvafiq tədbirlərin görüldüyü, tərəflər arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb. 

Görüşdə əməkdaşlığın inkişafına, o cümlədən sosial sahibkarlığa, həssas kateqoriyadan olan sahibkarlar üçün ortaq tədbirlərin və layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır