Home » KOBİA və Caspian European Club onlayn “B2G” Forum təşkil edib

KOBİA və Caspian European Club onlayn “B2G” Forum təşkil edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Aprelin 22-də Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Caspian European Club” tərəfindən “Kiçik və orta sahibkarlığa dəstək” mövzusunda onlayn “B2G” forum keçirilib. İlk dəfə olaraq təşkil olunmuş onlayn forumda koronavirus (COVID-19) pandemiyası dövründə sahibkarların üzləşdikləri çətinliklər və onlara göstərilən dövlət dəstəyi müzakirə olunub.

Onlayn tədbirə dövlət və özəl şirkətlərin top-menecerləri, bir sıra beynəlxalq təşkilatların və aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıb.

Forumda KOBİA sədrinin birinci müavini Natıq Həsənov pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə, o cümlədən kiçik və orta sahibkarlara göstərilən maliyyə dəstəyi, eləcə də nəzərdə tutulan yeni dəstək mexanizmləri barədə məlumat verib, sahibkarların suallarını cavablandırıb.

“Caspian European Club”un sədri və baş icraçı direktoru Telman Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, koronavirus pandemiyası dövründə sahibkarlara maksimum dərəcədə dəstək verən hökumətin iqtisadi blokunun fəal mövqeyini vurğulayıb.

Qeyd edək ki, “Caspian European Club”un hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda təşkil etdiyi “B2G” forumları dövlət və özəl sektor arasında dialoq vasitəsi olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu şirkətlərinin top-menecerləri və nümayəndələri ilə beynəlxalq biznes-netvorkinq üçün əlavə imkanlar yaradır. “B2G” forumlar hər həftə onlayn rejimdə keçiriləcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.