Home » KOBİA və Tatarıstanın Ticarət və Sənaye Palatası Birliyi arasında əməkdaşlığa dair Saziş imzalanıb

KOBİA və Tatarıstanın Ticarət və Sənaye Palatası Birliyi arasında əməkdaşlığa dair Saziş imzalanıb

by bbnadm
0 comments 1 views 0 minutes read

Noyabrın 29-da Bakıda keçirilmiş Azərbaycan-Tatarıstan biznes forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Ticarət və Sənaye Palatası Birliyi arasında əməkdaşlığa dair Saziş imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov və Tatarıstan Respublikasının Ticarət və Sənaye Palatası Birliyinin sədr müavini Marat Axmatov imzalayıblar. Sazişdə Azərbaycan və Tatarıstan arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə birgə tədbirlərin keçirilməsi, qarşılıqlı biznes missiyaların təşkili, informasiya və qabaqcıl təcrübə mübadiləsi və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.