Home » “Komplayns Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib

“Komplayns Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

09 dekabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib.

Görüş zamanı 2018-ci ildə hazırlanan “Beynəlxalq sanksiyalara” dair tövsiyə sənədinin və yeni hazırlanan “Özünəxidmət terminalları vasitəsilə nağd pul vəsaiti ilə mədaxil əməliyyatlarında baş verə  biləcək risklərin idarə edilməsi üzrə praktiki tövsiyələr” sənədinin müzakirəsi aparılmışdır. Əlavə olaraq görüşdə Mərkəzi Bank tərəfindən banklara göndərilən məktubun müzakirəsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.