Home » PAŞA Bank son iki ayda AMB-nin valyuta hərraclarında iştirak etməyib

PAŞA Bank son iki ayda AMB-nin valyuta hərraclarında iştirak etməyib

by Zeyneb
0 comments 0 views 1 minutes read

PAŞA Bank son iki ay ərzində Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərraclarında iştirak etməyib.

Bunu bankın 2025-ci ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bildirib.

Onun sözlərinə görə, hazırda bazarda valyuta təklifi tələbi üstələyir və bu səbəbdən bankın hərraclar vasitəsilə əlavə valyuta alışına ehtiyacı yaranmayıb.

Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Cavid Quliyev isə qeyd edib ki, valyuta bazarında müşahidə olunan vəziyyət əsasən mövsümi xarakter daşıyır.

O bildirib ki, ilin ikinci yarısında həm neft, həm də qeyri-neft sektorunda investisiya və cari xərclərin artması fonunda valyutaya tələbatın yüksəlməsi gözlənilir.

C.Quliyevin sözlərinə görə, hazırda valyuta bazarında hər hansı qeyri-adi vəziyyət müşahidə olunmur və tələb-təklif balansı bazar mexanizmləri vasitəsilə təmin edilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.