Home » Koreyanın Ticarət İnvestisiya Agentliyi Azərbaycanda iqtisadi siyasətin uğurlarından yazıb

Koreyanın Ticarət İnvestisiya Agentliyi Azərbaycanda iqtisadi siyasətin uğurlarından yazıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Koreyanın Ticarət İnvestisiya Agentliyi Prezident İlham Əliyevin iqtisadi siyasətinin uğurlarından yazıb. Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan islahatların nəticəsi olaraq əldə olunan iqtisadi siyasətin uğurlarından bəhs edən məqalə dərc edib. “Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ildə qazandığı uğurların xülasəsi” başlıqlı məqalədə iqtisadi artımın əsas istiqamətləri, qeyri-neft sektorunda nəzərəçarpan artım xüsusi vurğulanıb.
Məqalədə qeyd olunub ki, 2019-cu il ərzində Azərbaycanın ümumi daxili məhsulu 2,2% artıb, qeyri-neft istehsalı isə 3,5% təşkil edib. Bundan başqa hökumətin həyata keçirdiyi islahatlar nəticəsində özəl sektora investisiya qoyuluşu, aşağı faizli kreditlərin və subsidiyaların verilməsi nəticəsində qeyri-neft ixracatında 14% artım qeydə alınıb.

KOTRA-nın yaydığı analizdə göstərilib ki, problemli kreditlərin həll olunmasına, eləcə də, sosial təminat sisteminə qoyulan vəsaitlərə baxmayaraq, il ərzində ölkədə inflyasiya cəmi 2.6%, gəlir artımı isə 7.4% olub.

Azərbaycanda xarici valyuta ehtiyatları illik müqayisədə 6.4 milyard dollar artaraq rekord səviyyəyə 51 milyard dollara yüksəlib.

KOTRA agentliyinin hazırladığı məqalədə Azərbaycanın hökumətin maliyyə sektoruna dəstəyi, kənd təsərrüfatının inkişafının diversifikasiyası, turizmin inkişafı, xarici ticarət əlaqələrinin qurulması, neft fondunun az riskli sahələrə investisiya qoyuluşu, beynəlxalq səviyyəli enerji qaz layihələrində iştirakı   müqayisəli rəqəmlərlə təhlil olunub. Analizdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıya istinadən bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində Azərbaycanda iqtisadi artım davamlı olacaq.

Məqalə ilə qeyd olunan link vasitəsi ilə tanış olmaq mümkündür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.