Bir müddət əvvəl Çində yaranan və qısa müddət ərzində Tayland, Cənubi Koreya, Yaponiya və ABŞ-da müşahidə olunan koronavirus dünya iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Belə ki, ABŞ mərkəzli investisiya bankı “Goldman Sachs” sözügedən virusun neft qiymətlərini 3 dollar civarında aşağı salacağını bildirib.
Bank buna əsas səbəb kimi, virusun yayılması ilə neft və neft məhsullarına tələbin azalmasını göstərib. Belə ki, 2002-2003-cü illərdə yayılan “SARS” virusunun törətdiyi nəticələrdən yola çıxaraq, neft və neft məhsullarına gündəlik tələbatın 260 min barel həcmində azalacağı proqnozlaşdırılır.