Koronavirusun şirkətlərə təsiri necə olub?

Hazırda bütün dünya Covid 19-la mübarizə aparır. Bu virus dünyanın birləşmə nöqtəsidir və 195 ölkə virusun qarşısını almaq üçün birlikdə səy göstərir, geriləmələri maksimum azaltmağa çalışırlar.

Virusun ən çox ziyan gördüyü biri də təbii ki iqtisadiyyatdır.

Alman-Türk Ticarət və Sənaye Palatası virusun iqtisadiyyata təsirləri yönündə bir anket həyata keçirib. Anketdə 900-dən çox sənaye palatasının 142-si iştirak edib.

Şirkətlərin əksəriyyəti ticari fəaliyyətlərinin gələcəyi haqqında hazırda hansısa cavabın verilməsini düzgün saymadılar. Çünki çoxu hazırda hadisələrin necə cərəyan edəcəyini gözləyirlər. İştirakçı şirkətlərdən 38%-i bu il gəlirlərində ciddi geriləmə olacağını deyiblər. Lakin 5.7% isə bu krizisi fürsət kimi görürlər və krizisdən istifadə edəcəyini düşünürlər. Görünür ki, bu cür şirkətlər krizis idarəetməsi sahəsində artıq ixtisaslaşmış şirktlərdir.

Cavabların əksəriyyəti krizisin ən çox təsir etdiyi turizm və hotelçilik, avtomobil sənayesi, enerji ticarəti və maliyyə sektorlarından gəlir.

Anketdə iştirak edən şirkətlərin 20%-i artıq indidən geriləmə olduğunu bildirib. Digərləri isə gələcək fəaliyyətlərində bu geriləməni daha çox hiss edəcəklərini düşünürlər.

Anketin ən vacib bölmələrindən biri də işçilərin qorunması ilə bağlı olub. Şirkətlərin əksəriyyəti lazımi dərman və gigiyenik məhsulların alınması, işçilərin online formada işləmələrini təmin edilməsi kimi üsullardan istifadə ediblər.

Son sual olan “hansı sahələrdə dövlətin dəstəyinə və bilgiləndirməyə ehtiyac var?” sualına cavablar bu formada olub: işəgötürən və işçilər üçün xüsusi qaydalar, müxtəlif formada vergi, kredit və maliyyə güzəştləri, idxal və ixrac risklərini qarşılamaq kimi mövzularda dövlət tərəfindən yönləndirmə.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır