Home » Kriptovalyuta bazarında müsbət dinamika: Bitcoin və Ethereum bahalaşıb

Kriptovalyuta bazarında müsbət dinamika: Bitcoin və Ethereum bahalaşıb

by yunus
0 comments 0 views 1 minutes read

Son 24 saat ərzində qlobal kriptovalyuta bazarında müsbət dinamika müşahidə olunub. Bazarın ümumi kapitallaşması 0,11% artaraq 2,21 trilyon ABŞ dollarına yüksəlib.

BBN.az xəbər verir ki, ən böyük kriptovalyuta olan Bitcoin 0,29% bahalaşaraq 64 816,81 ABŞ dollarına, Ethereum isə 0,65% artımla 1 876,97 ABŞ dollarına çatıb. BNB-nin qiyməti də 0,12% yüksələrək 569,45 ABŞ dolları olub.

Qızıla indekslənmiş rəqəmsal aktivlər də artım nümayiş etdirib. Tether Gold (XAUt) 0,23% bahalaşaraq 4 020,89 ABŞ dollarına, PAX Gold (PAXG) isə eyni faizlə artaraq 4 018,74 ABŞ dollarına yüksəlib.

Bununla yanaşı, bazarda bütün aktivlər üzrə artım qeydə alınmayıb. Zcash 3,51%, Bitcoin Cash 2,46%, Monero isə 0,39% dəyər itirib.

Analitiklərin fikrincə, bazardakı müsbət tendensiya ABŞ-də yaxın aylarda faiz dərəcələrinin endiriləcəyi gözləntilərinin güclənməsi və riskli aktivlərə marağın artması ilə bağlıdır. Bununla belə, Fear & Greed indeksinin 35 səviyyəsində qalması investorların hələ də ehtiyatlı mövqe tutduğunu göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.