
Kriptovalyuta bazarında son 24 saat ərzində əsasən müsbət dinamika müşahidə olunub.
BBN.az “CoinMarketCap”a istinadən xəbər verir ki, Bitcoin son sutkada 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib.
Ethereumun qiyməti 1,08% artaraq 2 435,41 dollara, BNB isə 1,06% bahalaşaraq 696,92 dollara çatıb.
Ən yüksək artım isə Zcash və Bittensorda qeydə alınıb. Zcash 6,99% bahalaşaraq 833,07 dollara, Bittensor isə 7,76% artaraq 234,57 dollara yüksəlib. Bunun əksinə, Monero 3%, Bitcoin Cash isə 0,66% ucuzlaşıb.
Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,38% artaraq 2,61 trilyon dollara çatıb.
Analitiklərin fikrincə, son günlər bazardakı yüksəlişə ABŞ Xəzinədarlığının uzunmüddətli dövlət istiqrazlarının geri alış həcmini artırması, dolların zəifləməsi, spot Bitcoin ETF-lərinə vəsait axınının güclənməsi və ABŞ-da kriptovalyutaların tənzimlənməsi ilə bağlı müsbət gözləntilər dəstək verir.
Qeyd edək ki, ötən həftə ABŞ-da spot Bitcoin ETF-lərinə 1,9 milyard dollar xalis vəsait daxil olub. Bu, 2026-cı ilin ən yüksək həftəlik göstəricisi hesab olunur.





