Home » Kriptovalyuta bazarında yüksəliş: Bitcoin 77 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında yüksəliş: Bitcoin 77 min dollara yaxınlaşıb

by yunus
0 comments 0 views 1 minutes read

Kriptovalyuta bazarında son 24 saat ərzində əsasən müsbət dinamika müşahidə olunub.

BBN.az “CoinMarketCap”a istinadən xəbər verir ki, Bitcoin son sutkada 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib.

Ethereumun qiyməti 1,08% artaraq 2 435,41 dollara, BNB isə 1,06% bahalaşaraq 696,92 dollara çatıb.

Ən yüksək artım isə ZcashBittensorda qeydə alınıb. Zcash 6,99% bahalaşaraq 833,07 dollara, Bittensor isə 7,76% artaraq 234,57 dollara yüksəlib. Bunun əksinə, Monero 3%, Bitcoin Cash isə 0,66% ucuzlaşıb.

Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,38% artaraq 2,61 trilyon dollara çatıb.

Analitiklərin fikrincə, son günlər bazardakı yüksəlişə ABŞ Xəzinədarlığının uzunmüddətli dövlət istiqrazlarının geri alış həcmini artırması, dolların zəifləməsi, spot Bitcoin ETF-lərinə vəsait axınının güclənməsi və ABŞ-da kriptovalyutaların tənzimlənməsi ilə bağlı müsbət gözləntilər dəstək verir.

Qeyd edək ki, ötən həftə ABŞ-da spot Bitcoin ETF-lərinə 1,9 milyard dollar xalis vəsait daxil olub. Bu, 2026-cı ilin ən yüksək həftəlik göstəricisi hesab olunur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.