

Mayın 29-da kriptovalyuta bazarlarında “Bitcoin”in dəyərində azalma qeydə alınıb.
BBN.az xəbər verir ki, Dünyanın ən dəyərli kriptovalyutası olan “Bitcoin” Bakı vaxtı ilə saat 09:55-də “CoinMarketCap” platformasında 1,30% geriləyərək 107 662 ABŞ dollarına düşüb.
Bununla yanaşı, son 24 saat ərzində “Ethereum”un qiymətində artım müşahidə olunub. Bu kriptovalyutanın dəyəri 3,3% yüksələrək 2 728 ABŞ dollarına çatıb. İlk beşlikdə yer alan XRP 0,98%, BNB isə 0,09% dəyər itirib. Qeyd edək ki, “Bitcoin”in bu il ərzində maksimum qiyməti mayın 22-də qeydə alınıb və həmin vaxt 110 min dollar həddini keçib.