Home » Litva və Estoniyada Azərbaycanın sosial sahədə rəqəmsal uğurlarına dair təqdimatlar edilib

Litva və Estoniyada Azərbaycanın sosial sahədə rəqəmsal uğurlarına dair təqdimatlar edilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti “Azərbaycanda pensiya islahatlarına dəstək – II faza” Tvinninq layihəsinin 2-ci komponenti “Pensiya sisteminin rəqəmsallaşdırılması” çərçivəsində Litva və Estoniyada səfərdə olub.

Nümayəndə heyəti Litvanın Sosial Müdafiə və Əmək Nazirliyi yanında Dövlət Sosial Sığorta Fondu, İnformasiya Cəmiyyətinin İnkişafı Komitəsi və Dövlət Vergi Müfəttişliyində və  Estoniyanın Elektron İdarəetmə Akademiyasında, həmçinin sosial sığorta və pensiya qurumlarında  görüşlər keçirib.

Görüşlərdə Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov son illər Azərbaycanda aparılan sosial islahatlar və əldə olunan uğurlar, habelə sosial sahə üzrə rəqəmsal nailiyyətlər, sosial ödənişlərin proaktiv təyinatı mexanizmləri barədə məlumatlar verib. Habelə e-sosial.az portalının və “Əmək və Məşğulluq” altsisteminin innovativ yenilikləri və üstünlükləri, funksional imkanları diqqətə çatdırılıb.

Sosial sahə üzrə rəqəmsallaşma sahəsində qazanılan beynəlxalq mükafatlar qeyd edilib. Nazirliyin proaktiv xidmət mexanizminin  Böyük Britaniyanın “Wealth & Finance International” təşkilatının “FinTech Awards 2023” müsabiqəsində “Dövlət sektoru üzrə proaktiv texnologiyanın aparıcı təminatçısı – 2023” mükafatına layiq görüldüyü vurğulanıb.

Litva və Estoniyanın qeyd edilən qurumlarının nümayəndələri  ölkəmizin vətəndaşlara sosial yönümlü xidmətlərin e-platforma üzərindən təqdim olunması, həmçinin təyinatların mütərəqqi proaktiv üsulla aparılması təcrübəsini yüksək qiymətləndiriblər. Eləcə də onlar tərəfindən elektron xidmətlərə dair təqdiimatlar edilib.

Görüşlər zamanı sosial xidmətlərin elektronlaşdırılması, geniş həcmli məlumatların daha optimal idarə və təhlil olunması, dəqiq proqnozlaşdırma imkanları yaradan big data texnologiyalarına keçidlə bağlı müzakirələr,  qarşılıqlı təcrübə mübadilələri aparılıb.

Belə faydalı təcrübə mübadilələrinin davamlı olmasının əhəmiyyəti və bu sahədə gələcək əməkdaşlıq da müzakirə olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.