Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 19-20 dekabr 2024-cü il tarixlərində müştəri məlumat mərkəzi mövzusunda bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.
Səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir:
- İş Bankası;
- Ziraat Bankası;
- Deniz Bankası.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır:
- Məlumat Mərkəzi ilə bağlı ümumi məlumat;
- Məlumat Mərkəzi şöbəsinin funksiyası və iş rejimi;
- Məlumat Mərkəzi sistemində istifadə olunan proqram təminatları;
- Məlumat Mərkəzi üçün FAQ-ların hazırlanması;
- Məlumat Mərkəzi əməkdaşlarının inkişaf planları;
- Məlumat Mərkəzi əməkdaşlarının stresə davamlılığının təmini;
- Məlumat Mərkəzi əməkdaşlarının motivasiya xarakterli proqramları?
- Digər strukturlarla kommunikasiya necə təşkil olunur?
- Məlumat Mərkəzi sisteminin texniki dəstəklənməsi;
- Süni intellekt istifadəsi hansı formada təşkil olunur?
- Bank Məlumat Mərkəzlərinin İnkişaf Prosesləri və Sektor Təhlili;
- Məlumat Mərkəzlərində Texnoloji İnkişaf;
- Məlumat Mərkəzlərində Rəqəmsallaşma Prosesləri;
- Məlumat Mərkəzi Tranzaksiya Müxtəlifliyi və Tətbiqləri.
Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.