Home » Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə müşahidəçi qismində üzv olub

Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə müşahidəçi qismində üzv olub

by anar
0 comments 0 views 0 minutes read

Mərkəzi Bank rəqəmsal maliyyə həllərinin inkişafı və innovasiyaların təşviqi məqsədilə Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə (Global Financial Innovation Network) müşahidəçi qismində üzv olub.

Mərkəzi Bank üzvlük çərçivəsində Şəbəkənin təşəbbüslərində iştirak edə, eləcə də aparıcı qlobal tənzimləyicilər və innovatorlarla əməkdaşlıq qura biləcək. Beləliklə də, Mərkəzi Bank əldə olunacaq təcrübə ilə maliyyə sektorunun texnoloji inkişafının beynəlxalq standartlara uyğunlaşdırılmasına, həmçinin maliyyə bazarlarının dayanıqlılığının artırılmasını töhfə verəcək.

Qeyd edək ki, maliyyə tənzimləyicilərini, mərkəzi bankları, beynəlxalq təşkilatları və digər maliyyə texnologiyaları ilə əlaqəli qurumları bir araya gətirən Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsi sözügedən sahədə yeniliklərin təşviq olunmasını və inkişaf etdirilməsini hədəfləyən beynəlxalq bir təşkilatdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.