Home » Mərkəzi Bank tərəfindən Salyan rayonunda vətəndaşların səyyar qəbulu keçirilib

Mərkəzi Bank tərəfindən Salyan rayonunda vətəndaşların səyyar qəbulu keçirilib

by anar
0 comment 1 views 0 minutes read

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti təşəbbüs 30 oktyabr tarixində Salyan rayonunda vətəndaşların səyyar qəbulunun keçirilməsi olub.

Qəbul zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinlənilərək zəruri izahatlar təqdim olunub. Həmçinin qəbul zamanı şifahi müraciətlərini ünvanlayan vətəndaşlardan zəruri məlumatlar əldə edilməklə müraciətləri üzrə araşdırma nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin məqsədilə səyyar qəbulların davamlı olaraq təşkil edilməsi nəzərdə tutulub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.