Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru üzrə qiymətləndirilməsində iştirak edən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (Reyestr) üzrə məlumatlılığın artırılması istiqamətində beynəlxalq və yerli hüquq şirkətlərinin nümayəndələri üçün maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə daşınar əmlakın yüklülüyü haqqında qanunvericilik aktları, hüquqi müstəvinin sahibkarlıq subyektlərinə və kreditorlara verdiyi imkanlar, Reyestrin əmlak üzərində üstünlük hüququnun müəyyən edilməsində önəmi və tətbiqi üzrə geniş müzakirələr aparılmışdır.