Mərkəzi Bankda “Azərbaycanda sanksiyalara riayət edilməsinin və maliyyə sektoru təcrübələrinin gücləndirilməsi” mövzusunda məlumat sessiyası təşkil olunub. ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu ilə ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən keçirilən tədbirdə sanksiyalara məruz qalmış xarici qurumlar və maliyyə institutları ilə tərəfdaşlıq əlaqələrinə dair risklər işıqlandırılıb.
Təlimdə ixrac nəzarəti və sanksiyalar sahəsində zəngin təcrübəyə malik beynəlxalq spikerlər tərəfindən praktiki məlumatlar paylaşılıb və interaktiv müzakirələr aparılıb.
Qeyd edək ki, sessiyanın əsas məqsədi sanksiyalara riayət olunması, eləcə də sanksiyaların aradan qaldırılması üzrə fəaliyyətə və mövcud çağırışlara dair məlumatlılığın artırılmasıdır.