0
Mərkəzi Bankın əməkdaşları növbəti dəfə tələbələrlə görüşüb. ADA Universiteti və Bakı Dövlət Universitetində baş tutan görüşlərdə “Maliyyəçisən” Təcrübə Proqramı əsas müzakirə mövzusu olub.
Mərkəzi Bankın əməkdaşları tələbələri maraqlandıran sualları cavablayaraq karyera müraciətləri zamanı uğurlu namizəd olmağın yolları barədə qısa təlim keçiriblər.
Xatırladaq ki, “Maliyyəçisən” Təcrübə Proqramında iştirakla bağlı müraciətlərin son qəbulu tarixi 22 apreldir. Proqram barədə ətraflı məlumatla rəsmi saytdan https://shorturl.at/dgZ67 tanış ola bilərsiniz.