

Mərkəzi Bankın 2024-cü il üzrə Dayanıqlı maliyyə hesabatı açıqlanıb.
Dayanıqlı maliyyə sahəsində qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan hesabat, maliyyə sektorunda şəffaflığın artırılması və iqlim dəyişiklikləri ilə bağlı risklərin idarə olunmasına yönəlmiş tədbirlərin geniş ictimaiyyətə açıqlanması məqsədilə hazırlanıb. Hesabat üç əsas bölmədən ibarət olmaqla ölkənin dayanıqlı sosial-iqtisadi inkişaf gündəliyini, qlobal iqlim risklərini, Mərkəzi Bankın bu sahədə həyata keçirdiyi təşəbbüsləri və 2025-ci il üçün planlaşdırılan addımları əhatə edir. 2024-cü il üzrə Dayanıqlı maliyyə hesabatını nəzərdən keçirmək üçün bu linkə daxil ola bilərsiniz: uploads.cbar.az/assets/04a109b