Home » Mərkəzi Bankın Baş mütəxəssisi: “Onlayn alış-veriş zamanı əməliyyatlar 3D təhlükəsizlik modeli ilə qorunmalıdır”

Mərkəzi Bankın Baş mütəxəssisi: “Onlayn alış-veriş zamanı əməliyyatlar 3D təhlükəsizlik modeli ilə qorunmalıdır”

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

“3D təhlükəsizlik modelinin təqdim edilməsi, həmçinin kartlarla aparılan əməliyyatlar zamanı təhlükəsizlik tədbirlərə riayət edilməsi beynəlxalq kart təşkilatları (Mastercard, Visa və s.) tərəfindən qorunur.

Müştəri ödəniş edən zaman və müəyyən səhifəyə yönləndirildikdə həmin səhifənin aşağısında, məsələn, belə bir işarəyə rast gələ bilərsiniz (Secured by Visa). Bu o deməkdir ki, sizə artıq xidmət göstərən ekvivalent bankdır. Məsələn, onlayn alış-verişlər üzrə ödənişləri həyata keçirən zaman burada sizin kart məlumatlarınızı qəbul edən tərəf, məsələn, Trendyol şirkətinə xidmət göstərən ekvivalent bankdır, bu isə Türkiyə bankıdır”.

Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin böyük mütəxəssisi Rəşad Qasımov jurnalistlər üçün təşkil edilən təlimdə bildirib.

“Həmin ekvivalent bank üzrə tələblər, həm yerli qanunverilicik (Türkiyə Mərkəzi Bankı) tərəfindən, beynəlxalq kart təşkilatı tərəfindən müəyyən edilir və əməliyyat 3D təhlükəsizlik kodu vasitəsilə həyata keçirilir. Ancaq təəssüf ki, bəzi hallarda ekvivalent banklar təssərrüfat subyektlərində ödəniş edən zaman əks halın şahidi oluruq.

Ancaq həmin bank sizin kart məlumatlarınızın saxlanılması və gələcəkdə istifadə edilməsi üçün beynəlxalq kart təşkilatları üzərində xüsusi öhdəliyi var. Əgər əməliyyat 3D təhlküəsizlik kodu vasitəsilə təmin edilməyibsə, beynəlxalq kart təşkilatının tələbi varsa, əməliyyatların həyata keçirilməsi zamanı ekvivalent banklar bunu mütləq şəkildə etməlidir”, – deyə Baş mütəxəssis qeyd edib.

“Eyni zamanda dələduzluq halı baş verdikdə, mübahisəli halın aydınlaşdırılması zamanı itirilən vəsaitin eminent bank tərəfindən həll edilməsi halı çox yüksəkdir”.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.