Home » Mərkəzi Bankın məlumatı

Mərkəzi Bankın məlumatı

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

1 aprel 2024-cü ildən Mərkəzi Bankın rəsmi internet səhifəsinin müvafiq bölməsində AZIR (Azerbaijan Interbank Rate) indekslərinin yeni formatda yayımlanmasına başlanılmışdır.

Müvafiq bölmədə 1D AZIR indeksinin müqayisəli təhlil üçün dinamikası, onun ötən ayın və ilin sonundan bəri dəyişimi, eləcə də son 1 ildə maksimal və minimal həcm və faiz göstəriciləri kimi analitik məlumatlar gündəlik əsasda yer almışdır.

Məhz 1D AZIR indeksinin təqdim olunması təminatsız pul bazarında 1-3 gün müddətinə aparılan əməliyyatların mütləq üstünlük təşkil etməsindən irəli gəlir. Bütün müddətlər üzrə AZIR indeksləri, onların əsaslandığı əməliyyatların həcmi və sayının gündəlik yayımlanması da davam etdiriləcəkdir.

AZIR indekslərinin hesablanmasına dair metodoloji izah da müvafiq bölmədə yerləşdirilmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.