

24 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50400379S dövlət qeydiyyat nömrəli, 30 mln manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 95.3289 AZN (6.99%) və 97.2103 AZN (4.10%) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 151,866,600.00 AZN olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.2103 AZN (4.10%), orta ölçülmüş qiyməti 97.2103 AZN (4.10%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 000 000.00 AZN təşkil edib.
Notların ödəmə tarixi 05.10.2020 ildir.