Home » Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk geniş tərkibdə işgüzar səfəri davam edir – Foto

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk geniş tərkibdə işgüzar səfəri davam edir – Foto

by ulviyya
0 rəy 20 baxış 2 dəqiqə oxuma

22 aprel 2024-cü il tarixindən Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, həmçinin bir sıra bankların sədrlərinin iştirak etdiyi Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhərinə ilk işgüzar səfəri başlayıb.

Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası və ABA-nın birgə təşkilatçılığı ilə baş tutan missiyanın ikinci günündə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında “DFC maliyyələşdirməsinə əlçatanlıq: qaydalar və tənzimləmələr” adlı dəyirmi masa formatlı ikitərəfli görüş keçirilmişdir. Görüş zamanı DFC ilə gələcək əməkdaşlıq imkanları, qurumun maliyyələşdirməyə maraqlı olduğu prioritet sahələr müzakirə edilmiş, eləcə də “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun “Azərbaycan banklarının DFC ilə əməkdaşlığı haqda” təqdimatı olmuşdur.

Azərbaycan bankçılıq missiyasının növbəti görüşü “Exim Bank” ilə keçirilmiş və “Exim tərəfindən dəstəklənən əməliyyatlar vasitəsilə əməkdaşlığın genişləndirilməsi: ekoloji təmiz enerji texnologiyaları, aviasiya, kənd təsərrüfatı texnikası və texnologiyası” mövzusunda brifinq edilmişdir. Görüşdə “ABB” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov mövzu ilə bağlı eyniadlı təqdimatı olmuş, missiya iştirakçıları bu qurumla əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyasının Maliyyə və Sığorta Sənayesi İdarəsi (OFII), Təhlükəsizlik və Sənaye Bürosu ilə “Ticarətin maliyyələşdirilməsi alətləri: Azərbaycan üçün alternativlər” mövzusunda brifinqdə Abbas İbrahimov təqdimatla çıxış etmiş, bu qurumla əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Missiya iştirakçıları həmin gün “Bank of New York Mellon” (BNY Mellon) ilə ikitərəfli görüşdə iştirak etmişdir. Honeyvell Texnologiya və Təcrübə Mərkəzində baş tutan görüşdə “BNY Mellon”un rəhbər əməkdaşları tərəfindən kreditləşmə sahəsində imkanlar, risklərin idarəedilməsi, komplayns,  süni intellektin bank əməliyyatlarında tətbiqi mövzusunda təqdimat və çıxışlar edilmiş, missiya iştirakçılarını maraqlandıra suallar cavablandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.