Home » “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində daha 50-dək şəxsə aktivlər verilib

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində daha 50-dək şəxsə aktivlər verilib

by anar
0 rəy 6 baxış 2 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarının seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təminatı davam edir.

Layihə çərçivəsində daha 50-dək işsiz şəxs aktivlərlə təmin edilib. Onlar  verilmiş bu aktivlərlə öz kiçik biznes sahələrini yaradıblar.

“Məşğulluğa Dəstək Layihəsi”nin əsas məqsədi özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz kimi qeydiyyata alınmış əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və digər həssas qruplara aid şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznesə çıxışına şərait yaradılmasıdır.

Ümumilikdə, layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.

Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlim sonunda keçirilən qiymətləndirmə prosesində isə biznes planlarını müdafiə edən şəxslərə istehsal və xidmət sahələri üzrə avadanlıqlar verilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.