Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiqlənmiş sosial ayırmalar üzrə büdcə gəlirlərinin təsnifatında edilmiş dəyişikliklər 2020-ci il 1 yanvar tarixindən qüvvəyə minib.
Yeni təsnifat kodları dövlət və xüsusi mülkiyyət, neft-qaz və digər təsərrüfat fəaliyyəti növü, təşkilati hüquqi forması, peşə fəaliyyəti və digər meyarlara görə ayrılıb.
Sığortaedənlər yeni təsnifat kodları ilə bağlı sualları yarandığı halda 142-Çağrı mərkəzinə və ya sss@mlspp.gov.az e-mail ünvanına müraciət edə bilərlər.
Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.