Home » Məkkə Halal Forumu keçiriləcək

Məkkə Halal Forumu keçiriləcək

by anar
0 comments 0 views 1 minutes read

Hörmətli sahibkarlar,

25-27 fevral 2025-ci il tarixlərində Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2-ci Məkkə Halal Forumu keçiriləcək. Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında keçiriləcək və dünyanın müxtəlif ölkələrindən iştirakçıların bir araya gələcəyi tədbir qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi daşıyır. “Halal dayanıqlı inkişaf” mövzusuna həsr olunacaq forum halal qida, dərmanlar, moda, kosmetika və turizm sahələrində qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunacağı platformadır. İlk dəfə 2024-cü ildə keçirilən və 120 ölkədən 6000 iştirakçının qatıldığı forumda Azərbaycan da fəal iştirak edib.

Məkkə Halal Forumunun imkanları:

Konfrans: Halal bazarına maraq göstərən liderlərin bir araya gəlməsi

Dəyirmi Masa: “B2B” görüşlər ilə biznes əlaqələri qurmaq

Sərgi: Halal məhsul və xidmətləri nümayiş etdirmək

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə forumun sərgi hissəsində Azərbaycan pavilyonu qurulacaq. Bu pavilyon ölkəmizin halal məhsul və xidmətlərini dünya bazarına tanıtmaq üçün geniş imkanlar yaradacaqdır.

Azərbaycan sahibkarları forumda iştiraka və sərgidə məhsullarını təqdim etməyə dəvət olunurlar. Forum barədə ətraflı məlumat və qeydiyyat üçün: (+994 12) 465 76 92 (daxili 117)

sbayramov@ask.org.az, ASK-nın Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri Seymur Bayramov.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.