Home » Mərkəzi Bank nağd pulla bağlı əməliyyatların həyata keçirilməsində operator bank müəyyən edib

Mərkəzi Bank nağd pulla bağlı əməliyyatların həyata keçirilməsində operator bank müəyyən edib

by anar
0 comment 4 views 1 minutes read

Mərkəzi Bank nağd pulla bağlı əməliyyatların optimallaşdırılması, effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin kommersiya banklarına ötürülməsi proseslərinə başlamışdır.

Bununla əlaqədar Mərkəzi Bank tərəfindən operator bank modelinin tətbiqinə start verilmiş və kommersiya bankları arasından seçilmiş operator banklara qarşı tələblər müəyyən edilmişdir.

Bu istiqamətdə Mərkəzi Bankın İdarə Heyətinin 30 avqust 2023-cü il tarixli qərarına əsasən “ABB” ASC-də operator bank müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 iyun 2023-cü il tarixli qərarına əsasən “Kapital Bank” ASC operator bank olaraq seçilmişdir.

Qeyd edək ki, hər iki bank öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirmək və təkrar tədavülə buraxmaq funksiyasını həyata keçirəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.